Tailandda dəhşətli qəza: - 11 nəfər yanaraq öldüef

Tailandın Çonburi əyaləti ərazisində dəhşətli yol qazası baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb.

 

Daha sonra avtomobil yanmağa başlayıb. Maşında sıxılmış vəziyyətdə qalan 11 nəfər yanaraq ölüb. 4 nəfərin həyatını xilas etmək mümkün olub.

 

İlkin məlumata əsasən, hadisə avtomobilin təkərinin partlaması nəticəsində baş verib.