2015-ci ilin fevral ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 230 min 224 ton Azərbaycan nefti nəql olunub. ARDNŞ-nin saytı məlumat verir ki, cari ilin yanvar-fevral aylarında bu kəmərlə 4 milyon 700 min 277 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il mart ayının 1-dək BTC-yə 268 milyon 540 min 123 ton neft vurulub. Bundan başqa, 2015-ci ilin fevral ayında BTC kəməri ilə 380 min 500 ton Türkmənistan və 247 min 022 ton Qazaxıstan nefti (ötən ay ümumilikdə 602 min 066 ton) nəql olunub. 2015-ci ilin fevral ayı ərzində 2 milyon 345 min 024 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 630 min 350 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 4 milyon 824 min 320 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il mart ayının 1-ə qədər Ceyhan limanından 266 milyon 763 min 410 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.