Prodüser Təranə Səmədova yenidən aparıcılıq etməyə başlayıb.
sabahinfo.Az axşam.az-a istinadən bildirir ki, prodüser bildirib ki, "Dünya" televiziyasında yayımlanan "Köklə sazı-3" aşıq müsabiqəsinin ilk buraxılışında efirə çıxıb:
"Təklif layihənin rəhbəri aşıq Namiq Fərhadoğlundan gəldi. Mən də aparıcılığı sevdiyim üçün qəbul etdim. İlk efir günüm yağışlı havaya düşdü. Dünən yağan dəhşətli yağışla güclə proqrama çatdım. Hazırlaşmağa belə vaxtım olmadı. Ən sadə halımla tamaşaçı qarşısına çıxdım. Yağış bərəkətdir. İşimizin uğurlu olacağına inanıram".
Xatırladaq ki, prodüser buna qədər "Space" televiziyasında yayımlanan "Hələ bu harasıdır" proqramına aparıcılıq edib.