Azərbaycanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin sonuncu regional turniri olan Tərtər turniri başa çatdı.
Prezident İlham Əliyevin iştirakı ilə Gənclər Gününə həsr olunmuş görüşdə ölkə başçısı intellektual oyunların və intellektual televiziya proqramlarının gənclərin özünü inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirməsi və bundan irəli gələrək "İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycanın İntellektual BİRincisi” layihəsi başladı.
"Azərbaycanın İntellektual Birincisi” layihəsinin dekabr ayının 10-da Tərtər, Ağdam, Beyləqan rayonlarının gənc intellektuallarının iştirakı ilə Tərtər turniri keçirilib.
Açılış mərasimində Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edib. Açılış mərasimindən sonra 4 intellektual oyuna ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") start verilib. Tərtər rayonunda keçirilən regional seçim turunda "Xəmsə", "Axtar-tap" intellektual oyunlarında Beyləqan rayonu, "Nə? Harada? Nə zaman?" intellektual oyununda Tərtər rayonu, "Vətəni Tanı" intellektual oyununda Ağdam rayonunun gənc intellektualları qalib olublar.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.