Eurowings şirkətinin təyyarəsi 90 sərnişini göyərtəyə almağı "unudaraq” Düsseldorf hava limanından uçub.
sabahinfo.az bildirir ki, Drezden reysini həyata keçirməli olan təyyarənin sərnişinlərini minmə yerinə iki avtobusda gətiriblər.
Birinci avtobusdakı qırx sərnişin təyyarəyə qalxaraq Drezdenə çatıb. Lakin ikinci avtobusdakı adamlar göyərtəyə alınmayıblar.
Təyyarəyə minə bilməyən ikinci avtobusun sərnişinlərini sakitləşdirmək və hava limanının əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün on polis əməkdaşı cəlb olunub.