Totti Bakıya gəlmir

"Roma"nın əfsanəsi Françesko Totti Bakıya gəlməyəcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəbkomandanın sabiq kapitanınındoğum gününün oyun gününə təsadüf etməsi olub.

41 yaşını qeyd etməyə hazıralaşan Totti bunu Gürcüstanda keçirməyi planlaşdırır. Totti Tiflisə "Milan"ın keçmiş müdafiəçisi Kaxa Kaladzenin təklifi ilə yollanacaq. Qonşu ölkədə İtaliya və Gürcüstan veteranları arasıda yoldaşlıq matçı da keçiriləcək. Maldini, Boban, Puyol, Şevçenko, Rivaldo, Albertini, Abbiati, Oddo, Kostakurta, Krespo, Luka Toni kimi futbolçular da Tiflisə yollanacaq. Qonaqlar arasında "Milan"ın keçmiş sahibi Silvio Berluskoninin də olacağı bildirilir.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - Roma" oyunu sentyabrın 27-i saat 20:00-da başlayacaq.