Tramp seçkinin ləğvini və özünün prezident elan edilməsini istəyir

ABŞ prezidentliyinə Respublikaçılar partiyasının namizədi Donald Tramp Ohayo ştatında seçicilər qarşısında çıxışı zamanı ağlasığmaz bəyanat verib. sabahinfo.az xarici mediaya istinadən bildirir ki, onun fikrincə, rəqibinin siyasəti o qədər pisdir ki, buna görə seçkiləri ləğv edib onu prezident təyin etmək lazımdır.

"Burada fərq nədədir? Sadəcə, özümə görə düşündüm, indi bizə yalnız seçkini ləğv edib qələbəni Trampa vermək lazımdır”, - o, vurğulayıb.

Onun iddiasına görə, ikinci namizədin siyasəti o dərəcədə pisdir ki, seçki keçirməyin mənası yoxdur.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. Donalt Trampın rəqibi Demokratlar partiyasının namizədi Hillari Klintondur.