ABŞ prezidenti seçilən Donald Trampın iqtisadi siyasətilə bağlı bəzi detallar məlum olub.
sabahinfo.az xəbər verir ki, sərbəst ticarət anlaşamalarına qarşı olan Tramp Çin və Meksikadan gətirilən mallara yüksək gömrük vergisi tətbiq etməyi planlaşdırır.
Qarşıdan gələn 10 ildə 3 trilyon dollar məbləğində vergi endirimləri olacaq.
Gəlir vergisini azaldılması təklif edilir.
Trans-Sakit okean Əməkdaşlığı (TPP) dayandırılacaq. Tramp Avropa Birliyi ilə müzakirə edilən Trans-Atlantik Ticarət və İnvestisiya Anlaşmasına (TTİP) da qarşı çıxır.
1994-cü ildən tətbiq olunan Şimali Amerika ölkələri Sərbəst Ticarət Anlaşmasının (NAFTA) da təxirə salınacağı gözlənilir.
Hərbi xərcləri fantastik dərəcədə artırmağı planlaşdıran Trampın bu addımları qısa vaxt ərzində büdcədə böyük kəsirin yaranmasına səbəb ola bilər.