PKK üzvləri ilə toqquşmada Türkiyə ordusunun 4 əsgəri şəhid olub. Sabahinfo.az-in məlumatına görə, əsgərlərə hücum ölkənin Hakkarişəhərinin Şemdinli qəsəbəsində təşkil edilib. Həmçinin hücum nəticəsində 6 əsgər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
PKK-ın hücumu zamanı kustar üsüllarla hazırlanmış partlayıcı maddələrdən istifadə ediblər. Partlayıcılar yola əvvəlcədən düzülüb.
Şəhid sayının artacağı ehtimal edilir. Ordu genişmiqyaslı əməliyyatlara başlayıb.
Hücumun PKK terror təşkilatı tərəfindən törədildiyi bildirilir. Eyni zamanda Mardin şəhərinin Nusaybin qəsəbəsində PKK-nın təşkil etdiyi hücum nəticəsində 5 əsgər yaralanıb. Türkiyə ordusu mayın 13-də həyata keçirdiyi antiterror əməliyyatı zamanı 8 şəhid verib.
Terrorçularla toqquşma Hakkarinin Çukurca rayonunda baş verib. Səhərə yaxın baş verən toqquşma zamanı 6 əsgər şəhid olub, 8 nəfər yaralanıb. Köməyə gedən helikopter isə qəzaya uğrayıb. Helikopterdə olan iki hərbçi də şəhid olub.
Mayın 14-də Türkiyə Silahlı Qüvvələri həm İŞİD, həm də PKK terror təşkilatlarının mövqelərinə zərbə endirib. Əməliyyatlar Türkiyənin Hakkari, Suriyanın Hələb şəhərində və İraqın şimalında həyata keçirilib. Hələbdə İŞİD-in mövqelərinə endirilən aviazərbələr nəticəsində 45 terrorçu öldürülüb.