Türkiyə 300 diplomatını ölkəyə çağırıb

Türkiyə XİN-i FETÖ ilə əlaqəsi olunan diplomatların vəzifələrindən uzaqlaşdırılacağını bəyan edib.

Türkiyənin xarici ölkələrdəki diplomatik missiyalarında çalışan 300 diplomat ölkəyə çağırılıb.

Sabahinfo.az Türkiyə qəzetinə istinadən xəbər verir ki, diplomatlar Ankara Baş Prokurorluğunun də Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar aparılan istintaq çərçivəsində ölkəyə çağırılıb.

Prokurorluq FETÖ-nün təhlükəsizlik, məhkəmə, siyasət, təhsil və iş dünyası ilə bərabər diplomatik sahədə təşkilatlanmasını da araşdırır.

Türkiyə Xarici İşlər Nazirliyi FETÖ ilə əlaqəsi olunan diplomatların vəzifələrindən uzaqlaşdırılacağını, FETÖ ilə əlaqəsi olmayanların isə vəzifələrinin icrası üçün diplomatik missiyalara geri qaytarılacağını açıqlayıb.