Türkiyə hakimiyyəti varlı və təhsilli suriyalıları Türkiyədə saxlamaq üçün 300 minə qədər suriyalı qaçqına vətəndaşlıq verə bilər. Bu məlumatı Haberturk yayıb.
sabahinfo.az azadliq.org-a istinadən bildirir ki, vətəndaşlıq verilməsi tədrici olacaq. Əvvəlcə 30-40 min qaçqına Türkiyə vətəndaşlığı veriləcək.
Türkiyə bununla savadlı, səriştəli suriyalılara şərait yaratmaq istəyir. Qəzet yazır ki, eyni qayda ilə başqa ölkələrdən olan səriştəli insanlar da Türkiyə vətəndaşlığına ümid edə bilər.
Kim ki, Türkiyə vətəndaşlığı alacaq, onun ailə üzvləri də vətəndaşlıq ala biləcək.
Vətəndaşlıq almağa əsas şərt 5 il Türkiyədə yaşamaqdır.
Frans Press agentliyi xatırladır ki, iyulun 2-də prezident Recep Tayyip Erdogan suriyalı qaçqınlar "əgər istəsələr, vətəndaşlıq ala bilərlər" , - dedi.
Suriyalı qaçqınlara vətəndaşlıq verilə biləcəyi ilk dəfə idi ki, ən yüksək səviyyədə bildirilirdi.
Hazırda Türkiyədə 2,7 milyon suriyalı qaçqın var.