"Yaxın günlərdə Türkiyə ilə Suriya arasında iqtisadi əlaqələr inkişaf etdiriləcək".
Sabahinfo.az virtualaz-a istinadən bildirir ki, bunu Türkiyə baş nazirinin müavini Nurettin Canikli "Reuters" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, son dövrlərdə Türkiyənin İraq və Suriya ilə ticarət əlaqələrində geriləmə müşahidə edilir.
"Qarşıdan gələn günlərdə özəlliklə Suriya ilə iqtisadi sahədə fəaliyyətimizi artırmaq imkanı olacaq. Bu münasibət Suriya xalqı və hakimiyyəti ilə qurulacaq", - deyə baş nazirin müavini vurğulayıb.