Türkiyənin yağ istehsalı üzrə böyük şirkətlərindən biri olan "Orkide Yağları"ın rəhbəri Əhməd Küçükbay saxlanılıb. sabahinfo.az-ın məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verir.
Ə.Küçükbay Türkiyədə hərbi çevriliş cəhdində suçlu bilinən Fətullah Gülən hərəkatını maliyyələşdirməkdə ittiham olunur.
"Orkide Yağları" şirkəti 2003-cü ildə yaradılıb, dünyanın 102 ölkəsinə bitki yağları ixrac edir.