Ermənistan ilə həmsərhəd olan Tuzluca vilayətinin bələdiyyəsi qərar qəbul edib.
sabahinfo.Az cnnturk.com-a istinadən xəbər verir ki, qərara görə, vilayətin girişinə türk, ingilis, kürd və erməni dilində "Hoş geldiniz” və "Güle Güle” sözləri yazılıb.
Amma əslən azərbaycanlı olan sakinlər erməni dilində yazılan yazıya sərt reaksiya veriblər.
Bu səbəbdən Tuzluca bələdiyyəsi İğdırın Tuzluca əyalətinin girişinə və çıxışına dörd dildə yazılmış "Hoş geldiniz” və "Güle Güle” ifadələrinin erməni dilində yazılan sözləri yanğınsöndürən briqadalarına sökdürüb.