Türkiyədə növbəti dəfə polis binasına bombalı hücum həyata keçirilib.
sabahinfo.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə Mardin vilayətinin Artuklu rayonunun Cevizli kəndində baş verib.
Polis binasına partlayıcı quraşdırılmış avtomobillə hücum təşkil olunub.
Partlayış törədilən əraziyə xeyli sayda polis, yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.
Terrorçular avtomobili partlatdıqdan sonra jandameriya binasını atəşə tutublar.
Nəticədə 1 hərbçi ölüb, 5 əsgər isə yaralanıb. Yaralılar Mardindəki xəstəxanaya yerləşdiriliblər.
Terror hücumu baş verən ərazi xüsusi təyinatlıların nəzarətindədir, əməliyyat axtarış tədbirləri davam etdirilir.