Diyarbəkir vilayətinin Qulp rayonunda yerləşən jandarmeriya postu yaxınlığında minalanmış avtomobilin partlaması nəticəsində 5 təhlükəsizlik qüvvələri əməkdaşı yaralanıb.
Sabahinfo.az-ın verdiyi məlumata görə, bundan əvvəl PKK terrorçuları ehtimal edilən şəxslər avtomat silahlardan jandarmeriya postunu atəşə tutublar.
Hücum edən şəxslərdən biri yaxalanıb, digərlərinin axtarışı və zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır. Hadisə nəticəsində yaralananlar xəstəxanaya çatdırılıblar.
Hücumun ardından qaçan terroristlərin tutulması üçün bölgədə əməliyyat başladıldı.