Türkiyədə PARTLAYIŞ: - yaralılar var

Türkiyədə hərbi maşının minaya düşməsi nəticəsində iki əsgər yaralanıb.

sabahinfo.az bu barədə Trend-ə istinadən xəbər verir.

Qəzetin verdiyi məlumata görə, bu terror aktı PKK terror təşkilatı tərəfindən həyata keçirilib. Avtomobil Hakkari vilayətinin Şəmdinli yolunda minaya düşüb.

Məlumata görə, bu hadisə ilə əlaqədar terrorçuların zərərsizləşdirilməsi məqsədilə ərazidə havadan əməliyyatlara başlanılıb.