Mayın 4-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimal və şərq rayonlarında intensiv və güclü olub, dağlıq rayonlarda qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Qrızda 5 sm olub.
Düşən yağıntının miqdarı Kürdəmirdə 37.0 mm (aylıq normanın 97 %-i), Qəbələdə 36.0 mm (aylıq normanın 30 %-i), Biləsuvarda 33.0 mm(aylıq normanın 102 %-i), Sabirabadda 33.0 mm(aylıq normanın 99 %-i), Astarada 30.0 mm(aylıq normanın 59 %-i), Oğuzda 26.0 mm(aylıq normanın 25 %-i), Neftçalada 26.0 mm(aylıq normanın 99 %-i), Cəfərxanda 25.0 mm(aylıq normanın 76 %-i), Göyçayda 24.0 mm(aylıq normanın 38 %-i), Hacıqabulda 21.0 mm(aylıq normanın 79 %-i), Zərdabda 20.0 mm(aylıq normanın 54 %-i), İmişlidə 20.0 mm(aylıq normanın 60 %-i), Beyləqanda 19.0 mm, Qaxda 17.0 mm, Qobustanda 16.0 mm, Mingəçevirdə 15.0 mm (aylıq normanın 33 %-i), Xaltanda 15.0 mm, Lənkəranda 14.0 mm, Şəkidə 13.0 mm, İsmayıllı, Lerik, Yardımlıda 12.0 mm, Zaqatalada 11.0 mm, Qrızda 10.0 mm, Balakən, Şamaxı, Qubada 9.0 mm, Altıağac, Yevlaxda 8.0 mm, Gədəbəy, Şəmkir, Qusar, Şahdağda 7.0 mm, Daşkəsəndə 6.0 mm, Şahbuz, Göygöl, Tovuz, Bərdədə 2.0 mm, Ordubad, Naftalan, Gəncə, Ceyrançöl, Ağdam, Ağstafada 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.
Mayın 3-də şimal-qərb küləyi arabir Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib. Daşkəsən, Göygöl, Şəmkir, Zaqatala, Şəki, Şamaxı, Qax, Qrız, Göyçay, Lerik, Biləsuvarda müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15° isti, Naxçıvanda 4-9° isti, dağlıq rayonlarda 1-4° isti, yüksək dağlıq ərazilərdə 5°-dək şaxta, aran rayonlarında 12°-dək isti olub.