Bu layihə Prezident İlham Əliyevin adıyla bağlıdır

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun faydalarını ən başlıca vətəndaşlar görəcək. Bu layihə ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq. 

Tərəflər ərazilərində 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyat parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tililməsini öz öhtəsinə götürür. Digər xərclər isə ədalətli şəkildə bölüşdürülmüşdür. 

Yeni layihəyə Naxçıvan MR-in blokadadan çıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq. 

Bu layihə Prezident İlham Əliyevin adıyla bağlıdır. Azərbaycan və İran İslam Respublikası arasındakı dostluq, bu layihənin gerçəkləşməsində mühüm rol oynadı. Şübhəsiz ki, heçkəsə sirr deyil ki, bu layihənin gerçəkləşməsinin arxasında birmənalı olaraq Prezident İlham Əliyevin mərd-mərdanə siyasəti dayanır. Yeni Azərbaycan Partiyası hakimiyyətdə olduğu 30 ilə yaxın müddətdə, hər zaman Azərbaycan dövləti İran İslam Respublikasıyla dostluq münasibətini qorumuş və möhkəmləndirmişdir. 

Təbii ki, sağlam, mərd-mərdanə siyasət yürüdən dövlət başçısıyla bütün dövlətlər dost olmaq, belə uğurlu, tarixi əhəmmiyyəti olan sənədlər imzalamaq istər. Bu layihənin həyata keçməsində ən çox qazanan vətəndaşlar olacaq, vətəndaşların yaşayış səviyyələri yüksələcək, maddi rifahları artacaqdır. Həmçinin İran İslam Respublikasında yaşayan milyonlarla Azərbaycanlı soydaşlarımızada faydalı olacaqdır, təsadüfi deyildir ki, orada yaşayan soydaşlarımızın qəlblərində Prezident İlham Əliyev uzun illərdir ki, taxt qormuşdur, böyük sevgi bəsləyirlər Cənab Prezidentə. 

Cənab Prezident İlham Əliyev yeni Prezident seçilən zaman, ABŞ-a ilk səfəri zamanı, ABŞ-ın Prezidenti İran İslam Respublikasını bombalamaq üçün məhz Azərbaycan ərazisinin daha əlverişli olduğunu dilə gətirib, Cənab Prezidentdən bunun üçün icazə istəmişdir. Təbii ki, Cənab Prezident İlham Əliyevin buna cavabı birmənalı şəkildə yox olmuşdur, bu təklifi rədd edərək milyonlarla İranda yaşayan azərbaycanlıların həyatını xilas etmiş və eyni zamanda İran vətəndaşlarınında həyatını xilas etmişdir. ABŞ kimi nəhəng dövlətin təklifindən imtina etmək hər dövlətin, hər dövlət başçısının bacaracağı iş deyil. Bu imtinadan sonra biz bir çox çətinliklərlə üz-üzə qaldıq, Ermənistan-Azərbaycan münaqişəsinin ləngiməsinədə də bir çox hallarda bu təklifə rədd cavabı verməyimiz səbəb olmuşdur. Budur mərd-mərdanə siyasət və bu gün sürətli inkişafımızla, yüksələn yaşayış şərtləriylə, hər gün artan maddi rifahımızla, gözəlləşən ölkəmizlə və.s bir çox uğurlarımızla bunun faydasını görürük. Müzəffər Ali Baş Komandan hər zaman alternativ yolları hamıdan asan və tez görə bilir. Cənab Prezident İlham Əliyev heç bir dövlətə zərəri olmadan öz xalqının maraqlarıyla üst-üstə düşən siyasət həyata keçirir. 

Memorandum Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsidir. Bununla Azərbaycan öz planını reallaşdırdı. Buna müxtəlif bəhanələrlə mane olmağa çalışan Ermənistan tərəfi yenidən uğurlu bir layihədən kənarda qaldı. Bu daha çox Ermənistan xalqının yaxşı yaşaması üçün onlara lazım idi. Görünən odur ki, Ermənistan rəhbərliyində oturanlar öz xalqına əzab verməkdən, onların maddi rifahını günü-gündən pisləşdirməkdən zövq alırlar. 

Mircalal Mehdiyev
Lənkəran rayonu, Moğonojba kənd sakini