Bu şəhərlər tam blokadaya alınıb - Rusiya

Rusiya Silahlı Qüvvələri Kiyev, Xarkov, Çerniqov, Sum və Nikolayev şəhərlərini tamamilə blokadaya alıblar, Xerson və Zaporojye vilayətinin böyük hissəsi nəzarət altındadır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Baş Qərargah rəisinin birinci müavini general-polkovnik Sergey Rudskoy məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturu, texnikası və şəxsi heyətinə böyük zərbələr vurub.