Bu şərabların reklamı qadağan edilir

Şərabçılıq məhsullarının reklamı ilə bağlı yeni qadağa müəyyən olunur.

Sabahinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, rəqəmsal platforma təsisçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamını yerləşdirə bilməyəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.