Ukraynada hərbi zavodda partlayış: - 3 ölü

Ukraynanın Sumskaya vilayətində "Ukroboronprom" dövlət konserninin obyektində baş vermiş partlayış nəticəsində NATO nümayəndəsi daxil olmaqla, 3 nəfər ölüb.

sabahinfo.az APA-ya istinadən xəbər verir ki, partlayış utilizasiya üçün gətirilmiş döyüş sursatlarının qəbulu zamanı baş verib.
 
Ukraynanın Mərkəzi Region Hərbi Prokurorluğunun  məlumatına görə, insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.
 
Məlumata görə, hadisə zamanı yeddi ədəd X-27  "yer-hava" tipli raket partlayıb.