Partlayışın televizorda baş verən partlayışın səbəb olduğu ehtimal edilir.
Ukraynanın Kiyev vilayətinin Brovar rayonunun Litoçka kəndində yerləşən qocalar evində baş vermiş yanğın zamanı 17 nəfər ölüb.
Sabahinfo.az Ukrayna KİV-ə istinadən məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Xidmətinin rəsmi nümayəndəsi Nikolay Çeçetkin xəbər verib.
"Binada 35 nəfər var idi. Onlardan 17-si ölüb. Artıq 16 nəfərin cəsədi tapılıb, daha bir nəfərin meyitinin axtarışları isə davam etdirilir”, - o deyib.
Partlayışın televizorda baş verən partlayışın səbəb olduğu ehtimal edilir. Cinayət işi açılıb, araşdırma aparılır.