İspaniya La liqasının 36-cı turunda bu gecə oynanılan "R.Madrid” –
"Valensiya” görüşü gözlənildiyi qədər həyəcanlı alınıb. "Barselona”nın
qalib gəldiyi həftədə "Real” çempiyonluq ümidlərini sürdürə bilmək üçün
oyuna mütləq qalibiyyət hədəfi ilə çıxmışdı. Ancaq görüş meydan
sahibləri üçün heç də yaxşı başlamadı.
19-cu dəqiqədə Pako Alkaser qonaqları hesabda önə keçirib. "Real”
bu qolun əvəzini çıxmağa çalışarkən qapısında ikinci topu da görüb. Javi
Fueqo 26-cı dəqiqədə qonaqların üstünlüyünü bir qədər də möhkəmlədib.
Komandalar fasiləyə 0:2 "Valensiya”nın üstünlüyü ilə yollanıb.
İkinci hissədə təzyiqi artıran meydan sahibləri nəticəni dəyişməyə
56-cı dəqiqədə hesabı nail olub. Pepe müdafiyədən önə çıxaraq fərqi
minimuma endirib. Bundan sonra təzyiqi artıran əflatun-bəyazlılar 84-cü
dəqiqədə İskonun vurduğu baxımlı qolla hesabı tarazlaşdırıb.
Lakin, "Real”ın bundan artığına gücü çatmayıb və oyun 2:2
yekunlaşıb. Bu hesabla xallarını 86-ya yüksəldib və bitimə 2 həftə
qalmış "Barselona”nın 4 xal arxasında qalaraq çempiyonluq şanslarını
daha da azaldıb. "Barselona” növbəti həftədəki oyundan qalib ayrılsa,
çempiyonluğunu rəsmiləşdirəcək.