Bu şəxslər arasında 10 nəfər xarici vətəndaş da var.
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
Bu barədə Oxu.Az- a Vergilər Nazirliyindən məlumat verilib.
10 avqust tarixinə vergi borcu olduğuna görə 380 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 10 nəfər xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.