"Neftin qiymətinin ucuz olması qlobal iqtisadiyyatın dirçəlməsi üçün yetərli deyil." Bunu Beynəlxaq Valyuta Fondunun baş direktoru Kristin Laqard deyib. O bildirib ki, görülən tədbirlərə, o cümlədən ABŞ-ın neft hasilatını artırmasına baxmayaraq, qlobal iqtisadiyyatın bərpası hələ də çətinliklərlə üzləşir. Onun sözlərinə görə, indi neft şirkətləri miyardlarla dollar dəyərində gələcək üçün nəzərdə tutduqları layihələri təxirə salır. Sənaye üzrə ekspertlərin fikrincə, neftin qiymətinin dünya bazarında aşağı olması mühüm mahiyyətə malik, yəni istehsal xərcləri "qara qızıl"ın indiki qiymətlərindən daha yüksək olan layihələrin reallaşmasına çətinlik yaradır. Hazırda fəaliyyətlərini davam etdirmək üçün bir çox şirkətlər işçilərinin sayını və digər xərclərini azaldır.