"Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin rəhbərliyinin dəyişdirilməsi təsisçilər tərəfindən qəbul olunmuş qərardır.
Sabahinfo.az xəbər verir ki, bunu AzVision.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov bildirib.
MTRŞ rəsmisi deyib ki, bu məsələdə başqa səbəb axtarmaq lazım deyil: ""Televiziya və radio yayımı" haqqında qanunun 2-ci maddəsinə əsasən, telekanal rəhbərliyinin dəyişdiriliməsi telekanalın təsisçilərinin səlahiyyətindədir. Təsisçilər istədikləri vaxt rəhbəri dəyişdirə bilərlər. Burada qeyri-adi heçnə yoxdur”.
Qeyd edək ki, bu gün Vüqar Qaradağlı ATV-nin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə CBC telekanalının direktoru Azər Xəlilov təyin olunub.