Qazaxıstanda yaşayan iş adamı Vüsalə Rəhimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, doğma vətənində fəaliyyət göstərən məhkəmələrdən şikayət edib.
Şikayət məktubunda qeyd edilir ki, o, bir zamanlar iş ortağı olmuş İbrahimov Fikrət Vəli oğlunun böhtanının və Pirallahı məhkəməsinin qanunsuz qərarının qurbanı olub. Belə ki, Fikrət İbrahimov ona olan borcunu qaytardıqdan sonra heç bir əsas olmadan saxta sənəd tərtib edib, onu heç bir ciddi dəlil-sübut olmadan Piarallahı məhkəməsinə təqdim edib və qəribəsi budur ki, məhkəmə ikincinin xeyrinə qərar çıxarıb. Daha qəribəsi isə odur ki, yuxarı instansiya məhkəmələri də bu qərarı təsdiq ediblər. Söhbət nə az, nə də çox 700 min dollarlıq iddiadan gedir. Özü də bu cür məsələlər İqtisadi İnzibati Məhkəmədə həll olunmalıdır. Amma nədənsə mülki məhkəməyə müraciət olunub.
Şikayət məktubunda olayla bağlı hərtərəfli materiallar və epizodlar üzrə sənədlər təqim edilir.
Müraciətdə o da vurğulanır ki, iş hal-hazırda Konsitusiya Məhkəməsindədir.