"Rusiyanın xarici işlər naziri Sergey Lavrov heç vaxt heç yerə əliboş getmir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. M. Zaxarova nazirin Yerevana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planla getdiyi, həmin planın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 5 rayonun geri qaytarılması və bölgəyə sülhməramlıların yerləşdirilməsindən ibarət olması barədə məlumatın nə dərəcədə doğru olması barədə sualına cavabında bildirib ki, Sergey Lavrov heç vaxt heç yerə boş əllə getmir: "Amma bunun hansısa plan və ya sənəd olduğunu deyə bilmərəm. Rusiyalı nazir tərəflərin fikrini öyrənməyə gedir. Rusiyanın vasitəçilik missiyasının mahiyyəti də məhz budur”.