"Siz azadlığa buraxılırsınız və ölkənin qanunlarına riayət etməlisiniz”.
Zimbabvedə həbsxana çatışmazlığı səbəbindən iki minə yaxın məhbus azadlığa buraxılıb.
sabahinfo.az AFP-yə istinadən xəbər verir ki, ömürlük həbs cəzasına məhkum edilən iki qadın istisna olmaqla, amnistiyaya 18 yaşdan kiçik bütün məhbuslar və bütün qadın məhbuslar düşüb.
Bundan əlavə, ölümcül xəstələr, həmçinin 3 ildən az müddətə məhkum edilmiş və cəzalarının ən azı dörddə bir hissəsini çəkmiş şəxslər azadlığa buraxılıb.
"Siz azadlığa buraxılırsınız və ölkənin qanunlarına riaəyət etməlisiniz. Bu amnistiyadan istifadə etmək lazım deyil”, - Zimbabve İslah müəssələrinin nümayəndəsi Prisçilla Mtembo deyib.
Nəşr qeyd edir ki, qətl, dövlətə xəyanət, zorakılıq və silahlı hücum maddələri ilə məhkum olunmuş bütün məhbuslar azadlığa çıxmaq imkanından məhrum ediliblər.