Cabir Novruz həmişə gözəl şair kimi xatırlanacaq...

Yeniyetməliyimdən mənim də poeziyaya marağım olub. Sevdiyim şeirləri oxuduqca dü¬şün-cələrimdə dünyaya bir poetik baxış yaranırdı. Belə baxış həyatı da, təbiəti də gözəlləş¬di¬rirdi. O illərdə çoxumuzun sevə-sevə dinlədiyimiz “Həyat, söylə sən kiminsən?” şeiri də, bu şeirə yazılmış mahnı da hamımıza könül xoşluğu verirdi.
O illərdə sevdiyim şairlərdən biri də Cabir Novruz olub. Onun şeirləri bizə azərbaycançılıq aşılayırdı, dünyəvi sevgi aşılayırdı, onun şeirləri sevginin ölməzlik odası kimi dinlənilirdi. Bu istedadlı şairin şeirlərini sevə-sevə oxuyurduq, oxuya-oxuya sevirdik. “Sağlığında qiymət verin insanlara” deyən şairi necə sevməyəsən? Şeirdə qınaq da var, xatırlatma da, sevgi də. Hamısı həyat naminə, həyata məhəbbət naminə.
Cabir Novruzun “Azərbaycanı sevin, sevin Azərbaycanı” şeiri yaddaşlara azərbay¬can¬çı¬lı¬ğa sevginin düsturu kimi yazılır:

Azərbaycanı sevin, sevin Azərbaycanı,
Bu gün odlu sevgiyə onun ehtiyacı var...

Azərbaycanı odlu sevgiylə sevdik, milli-azadlıq hərəkatı onun dövlət müstəqilliyini bərpa etdi. Azərbaycanı sevdik, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin döyüş əmri ilə torpaqlarımız işğaldan azad edildi...
Cabir Novruzun “Ay ana” şeiri də, “Görməyirsən dağlar necə ağlayır...”, “Yuxumda o taya keçdim bu gecə”, “Məni tonqalda yandırın”, “Gecikmiş məhəbbət”, ... kimi şeirlərini oxuduqca düşüncələrində titrəyiş hiss edirsən. Bu, şeirin hünəridi, istedadın hünəridi...
Cabir Novruza sağlığında da “Gözəl şairdi”deyilib, indi də “Gözəl şairdi” deyilir. Həmişə də “Gözəl şairdi” deyiləcək...
12 mart xalq şairi Cabir Novruzun anım gündü...

Səbinə XASAYEVA,
Milli Mıclisin deputatı