“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun kəlbəcərlilərə müraciət edib.
Sabahinfo.az-ın məlumatına görə, müraciətdə deyilir:
"Əziz kəlbəcərlilər, bacılarım, qardaşlarım. Bu gün xalqımız Zəfər gününü - Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ildönümünü qeyd edir.
Bu şanlı qələbəmiz münasibətilə hər birinizi bağrıma basıram.
Bu qələbə sevincini bizə yaşadan möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə sonsuz ehtiramımızı və minnətdarlığımızı bildiririk. Bu qələbə Ulu Öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin qələbəsidir!
Ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir! Dövlət başçısı İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində düşmən 3 rayonu döyüşsüz vermək barədə kapitulyasiya sənədini imzaladı. İmzalanmış bəyanata, əsasən, noyabrın 25-də Kəlbəcər Azərbaycana geri qaytarıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız unudulmaz dastan yazdı.
Bu tarixi Zəfər yurda dönüş idi. Bu zəfər zəngin fauna, təbii sərvətlərə və floraya malik təbiət muzeyi olan maddi-mədəniyyət nümunələrimizin mövcud olduğu Kəlbəcərə dönüş idi. Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub. Bədnam düşmən Kəlbəcərdə olan tarixi abidələrimizi dağıdıb, meşə ərazilərini yandırıb, təbii sərvətləri talan ediblər.
2021-ci il avqustun 16-da Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunu səfər edərkən erməni vəhşiliyini dünyanın nəzərinə çatdırdılar və Müzəffər Ali baş komandanımız Kəlbəcərdə Azərbaycan bayrağını ucaltdı. Murov dağı uğrunda şiddətli döyüşlər gedib, igid əsgər və zabitlərimiz bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstəriblər. Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunublar.
Əziz soydaşlarımız! Bu qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi. İnşAllah doğma yurdlarımızda sizlərlə görüşəcəyik, inanırıq ki, qısa müddətdə Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Kəlbəcər bərpa ediləcək və dünyanın ən gözəl, çiçəklənən diyarlarından birinə çevriləcək.
Uca Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən və Müzəffər Ali Baş Komandanımıza və hərbiçilərimizə yar və yardımçı olsun.Böyük Tanırıdan Şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik.
Bayramımız mübarək olsun, əziz yurddaşlarım.
Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!"