Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.
Sabahinfo.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək. Bütün matçlar Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Ötən mərhələdə Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”sunu mübarizədən kənarlaşdıran AEK (Yunanıstan) Belçikada “Antverpen”in qonağı olacaq.
II təsnifatda “Qarabağ”ı keçən Polşa “Rakuv”u azarkeşləri önündə Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək.
Günün çox maraqla gözlənilən matçında Şotlandiya “Reyncers”i Niderland PSV-si ilə üz-üzə gələcək.
Çempionlar Liqası
Pley-off mərhələsi (ilk oyunlar)
22 avqust
23:00. “Antverpen” (Belçika) - AEK (Yunanıstan)
23:00. “Rakuv” (Polşa) - “Kopenhagen” (Danimarka)
23:00. “Reyncers” (Şotlandiya) - PSV (Niderland)