"Cənub Qaz Dəhlizi"nin Azərbaycan üçün əsas üstünlükləri ondan ibarətdir ki, bu layihə təbii qaz hasilatı və ixrac həcmlərini artırmağa imkan verəcək və bu, ölkənin ixrac gəlirlərini artıracaq.
Bunu Trend-ə Böyük Britaniyanın "Capital Economics" tədqiqat və konsaltinq şirkətinin xammal üzrə iqtisadçı köməkçisi Samuel Burman deyib.
O əlavə edib ki, bu layihə həm də Azərbaycanın Avropa ilə əlaqələrini genişləndirməyə şərait yaradacaq:
"Avropa üçün bu dəhlizin üstünlükləri Rusiya təbii qazına alternativ təklif etməsidir. Bunun nəticəsində rəqabətin artması Avropada qaz qiymətlərinin ucuzlaşmasına gətirib çıxara bilər".