"Cənub Qaz Dəhlizi” nəhəng beynəlxalq layihədir  

“Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, Avropaya idxal olunan qazın marşrutlarının və mənbələrinin şaxələndirilməsini asanlaşdırmaq məqsədi daşıyan nəhəng beynəlxalq layihədir. Bu məqalə Cənubi Qafqazda lider ölkə kimi Azərbaycan Respublikasının enerji təhlükəsizliyi kontekstində rolunun təhlilinə həsr edilmişdir. Azərbaycanın enerji əməkdaşlığı sferasında bu rol ölkənin milli iqtisadiyyatının davamlı inkişafına təkan verir və stimullaşdırır. Cənub Qaz Dəhlizinin inkişaf yolunun xülasəsindən sonra məqalədə CQD kontekstində Avropa İttifaqının (Aİ) və Azərbaycanın rolunun təhlili təqdim olunur. CQD çərçivəsində yeni tikilmiş infrastruktur Azərbaycanın Avropanın enerji təchizatında strateji əhəmiyyətini artırır. Azərbaycanın enerji resursları, eləcə də Asiya ilə Avropa arasında körpü rolu oynaması məqalənin aktuallığını bir daha sübut edir.

2011 -ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladıqdan sonra TANAP və TAP layihələri ilə bağlı Hökumətlərarası Sazişlər uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. 27 iyun 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzaladı və 20 sentyabr 2014-cü ildə “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. 2020-ci ilin noyabr ayında Trans-Adriatik Boru Kəməri (TAP) kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirildi və 2020-ci ilin dekabrın 31-də Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarük edilməsinə başlanıldı. Artıq 2021-ci ilin sonlarından etibarən Azərbaycan qazı Avropaya çatdırılır. Bu da “Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan TAP-ın fəaliyyətə başlaması ilə mümkünləşdi. TAP-ın istismara daxil olması “Cənub qaz dəhlizi”nin tam fəaliyyətə başlamasını təmin etdi və beləliklə, tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya birbaşa nəql etdirildi.

Nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. AÇG, “Şahdəniz” və “Abşeron” - bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib.

Enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur. Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır.

Qaz təchizatımızın coğrafiyası genişlənir. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik.

Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artdı.

Bu memorandum Avropa Komissiyasının Prezidenti və tərəfimdən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni, bu, ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq.

Əminə Ağazadə

Milli Məclisin dəputatı