“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda Azərbaycan gerçəklikləri tarixləşdi

Son vaxtların siyasi hadisələri də Azərbaycan gerçəkliklərini dünya dövlətlərinin diqqətindən kənarda saxlaya bilmir. Bu, Azərbaycan kimi tolerant, dünyəvi və bəşəri bir dövlətə ehtiramın təzahürüdür. Bu səbəbdən harda keçirilməsindən asılı olmayaraq müxtəlif formatlı beynəlxalq tədbirlərdə bütün dövlətlər Azərbaycanla bağlı bütün məsələləri diqqətlə izləyir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarını maraqla oxuyur, dinləyir, bu çıxışların tezislərini dünyəviliyə düşən işıq bilir...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 29-da keçirimiş “Cənubi Qagqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxış etdi. Bu çıxış dünya dövlətlərinin Azərbaycan reallıqları haqqında əlavə məlumatlandırma, bir daha xatırlatma çıxışı təsirində dinlənildi. Bu çıxış 30 il müddətində Azərbaycanın işğal edilmiş ərazilərində baş verənlərə bir daha aydınlıq gətirdi, erməniliyin mahiyyətini təsdiqləyən vandalizm faktları reallıq kimi təqdim edildi və bu təqdimi konfrans iştirakçıları gerçəkliyin faktı bildilər.
Bu 30 ildə erməniər nələr törətmədilər? Şəhərlərimizi, kəndlərimizi dağıtdılar, tarixi abidələrimizi bərbad etdilər, minlərlə vətəndaşımızı öldürdülər, əsir apardılar. Yüzlərlə əsirin taleyi indi də məlum deyil.
İşğal müddətində Ermənistan həm siyasi, həm də maddi yardımı ilə Kəlbəcərdə, Laçında, Zəngilanda, Şuşada qeyri-qanuni məskunlaşma prosesi aparılıb. Belə məskunlaşma Ermənistan dövlətinin sülh danışıqlarından yayınmasının, regionda status-kvonu saxlama niyyətinin təsdiqi idi və beynəlxalq təşkilatlar bu fakta da ciddi münasibət bildirmirdi. Beynəlxalq konvensiyaların bu səviyyədə pozulması dünyanın iri dövlətlərini də, beynəlxalq təşkilatları da qətiyyən narahat etmirdi. Onlar bilmirdilərmi ki, od düşdüyü yeri yandırır. Nə vaxtsa sülh yolu ilə bərpa olunmayan həqiqət döyüşlə bərpa olunacaq...
Danışıqlardan yayınan Ermənistan 2020-ci il santyabrın 27-də yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın işğal edilmiş ərazilərindən hücuma keçdi. Azərbaycanın ordu hissələri bu hücumun qarşısını qətiyyətlə aldı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücuma keçdi. Bu, Vətən müharibəsi idi. Azərbaycan Ordusu qısa müddətdə düşmənin illərlə yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdı, əsaslı qələbələr qazandı...
Azərbycan Ordusu Şuşa uğrunda döyüşlərdə müqayisəyəgəlməz qələbə qazandı. “Nezavisimaya qazeta”da dərc edilən bir məqalədə deyildiyi kimi, “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”.
8 noyabr Zəfər günü oldu.
Azərbaycan Respublikasının, Rusiya Federasiyasının Prezidentlərinin, Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı Bəyanatla Vətən müharibəsi Ermənistanın məğlubiyyəti ilə başa çatdı...
2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə Respublikaları arasında müttəfiqlik haqqında Bəynnamə imzalandı. Bu Bəyannamə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir"  və  müasir Azərbaycanın qurucusu Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamlarının məntiqi davvamı olan Bəyannamə kimi tarixləşdi.  Bu tarixi Bəyannamə iki qardaş dövlətin Vətən müharibəsində qazanılan Zəfərdən sonrakı əməkdaşlığının istiqamətlərini müəyyənləşdirdi. Bu iki qardaş dövlət ruhən də, siyasi baxımdan da, sosial həyatın əksər sahələrində də müttəfiq idi, Bəyannamə bu müttəfiqliyin hərbi və müdafiə sənayesi sahələrində də davam etdiriləcəyinin sənədi idi...
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq üçün 5 prinsip təklif edib. Bu prinsipərin hər birinin dünyəvilik bə bəşərilik çalarları var. Bu prinsiplər regionda möhkəm sülhün başlıca şərtlərindəndir və Ermənistan bu şərtlərə əməl etməlidir. Bu prinsiplər imzalanacaq sülh müqaviləsinin başlıca cəhətlərini, müəyyən mənada şərtlərini müəyyənləşdirir. Ermənistan bu prinsiplər əsasında Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər ermənilik xisləti dikəlməsə, əgər sülh müqaviləsi imzalanarsa, bu təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Bunu qalib dövlət də bilir, məğlub dövlət də, məğlubiyyətə qədər ona siyasi və hərbi dəstək verən dövlətlər də.
Sülhə razı olmama işğala meyildir. Dünyanın bəşəri dövlətləri bu meyilə görə belə dövlətləri nəinki qınayacaq, hətta ona siyasi, iqtisadi təzyiqlər də göstərəcək. Bunu son vaxtların siyasi hadisələri də təsdiqləyir...
Azərbaycanın xarici siyasətinin başlıca istiqamətlərini qarşılıqlı sülh, əmin-amanlıq təşkil edir. Bu siyasət regionun təhlükəsizliyini əhatələyir.  Cənubi Qafqazda davamlı sülh Azərbaycanın xarici siyasətinin mahiyyətinə əməl edilməklə möhkəmlənə bilər.
Azərbaycan Ordusu beynəlxalq təşkilatların həll edə bilmədiyi problemi həll etdi, 30 il davam edən işğala son qoyuldu. Qarabağda ermənilər yaşayır. Onlar Azərbaycanda Azərbaycan dövlətinin Konstitusiyasına, qanunlarına ciddi əməl etməklə, separtizm meyillərindən əl çəkməklə, separatizmi təbliğ edənlərin fitvasına uymamaqla yaşaya bilərlər. Reallıqlar, Azərbaycan Ordusunun yaratdığı reallıq onların 30 il düşüncələrini zəbt etmiş xülyalardan əl çəkməyin gərəkliyini aşılamaqdadır. Onu da dərk etməlidirlər ki, Ermənistanın başladığı və aparığı işğalçılıq müharibə-sinin nəticəsi olaraq ev-eşiyindən didərgin düşənlər Azərbaycanda quruculuq işləri başa çatanda Ağdama, Füzuliyə, Cəbrayıla, Zəngilana, Kəlbəcərə, Laçına qayıdacaqlar. Qonşuluq şəraitində yaşayacaqları illərə mənən hazır olmalıdırlar, o illəri durulaşıb yaşamalıdırlar...
30 il müddətində Ermənistan Azərbycana qarşı müqayisəyəgəlməz vəhşilikləır törədib. Əhalinin evləri, tarixi abidələr, inzibati binalar dağıdılıb. Bunula bir sırada 30-dan çox su-elektrik stansiyasını da məhv edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Kəlbəcər və Tərtər rayonlarında quruculuq işlərinə başlanılıb. Bu, geniş miqyaslı prosesdir. 20 MV-lıq stansiya istifadəyə verilib. Bu il 25 MV-lıq hidroelektrik stansiya da istifadəyə veriləcəkdir. Elmi və təcrübi baxımdan təsdiqlənmiş bir həqiqətdir ki, su-elektrik stansiyalarının potensialı daha böyükdür. Qısa müddətdə bütün Qarabağ və Şərqi Zəngəzur elektrik xətləri ilə birləşdirilib. Bu proses asan olmayıb. Xatırladılmalıdır ki, bəzi hallarda həmin elektrik xətləri ilin altı ayı qar örtüyü altında qalan, dəniz səviyyəsindən 3500 metr yüksəklikdə olan dağlardan salınmışdır.
Əlavə enerji mənbələri də şəbəkəyə qoşulacaqdır. Belə ki,, Cəbrayıl rayonunda 240 MV-lıq Günəş elektrik stansiyasının BP şirkəti ilə qurulması istiqamətində danışıqlar davam edir, Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üçün digər beynəlxalq şirkətlərlə danışıqlar yekunlaşdırılma mərhələsindədir.
Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyev çııxışında digər məsələlərə də toxundu. Bu məsələlər təkcə Azərbaycanın dövlət maraqları ilə məhdudlaşmır, bu məsələlər həm də bilavasitə regionun sabahları üçündür.
Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bu Bəyannamə Azərbaycanın strateji maraqlarına əsaslanır. Belə ki, Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib, onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Rusiya ilə üzərində uzun illər ərzində çalışılan  çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə. Azərbaycan Rusiyadan böyük həcmdə silah və avadanlıq alırdı, ancaq həmin silahları Ermənistandan fərqli olaraq bazar qiymətinə alırdı. Ermənistan isə onları havayı əldə edirdi. Bu fərq işğalçı dövlətə və torpaqları işğal olunmuş dövlətə münasibətin reallığın göstəricisi idi.
İndi vəziyyət başqadır...
“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransında bir daha xatırladıldı ki, Vətən mü¬haribəsindən sonrakı dövrdə Azərbaycan da Türkiyə də, Rusiya da yeni konfiqurasiyanın işti-rakçısıdır. Müharibədən sonrakı vəziyyətə Türkiyə - Rusiya Monitorinq Mərkəzi nəzarət edir. Bu Mərkəz Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmətin təzahürüdür.
Vətən müharibəsi başa çatdı. Ordumuz torpaqlarımızı işğaldan azad etdi. İşğala son qoyuldu. Azərbaycan Ordusu düşmənlə döyüşü tamamladı, ancaq Azərbaycan əsgərinin düşmənin torpaqlarımızda qoyub getdiyi gizli ölümlərlə - minalarla döyüşü davam edir. İndiyə kimi yüzlərlə hərbi qulluqçu, mülki vətəndaş düşmənin minasının qurbanı olub. Ermənistan minaladığı ərazilərin xəritəsini vermədi.
Minaların aşkarlanmasına, zərəsizləşdirilməsinə Türkiyəli mütəxəssislər də  kömək edirlər. Bu kömək kifayətedici deyil. Nəzərə alınmalıdır ki, Ermənistan işğal etdiyi ərazilərə fantastik miqdarda mina basdırıb. Təkcə yaşayış məntəqələrinə deyil, yollara, tarlalara, çöllərə, bir sözlə, hara gəldi mina basdırıb. Obrazlı şəkildə desək, işğaldan azad edilmiş ərazilərimiz qarış-qarış axtarılmalı, minalar aşkarlanmalı, tapılan minalar zərəsizləşdirilməlidir. Bu baxımdan daha geniş əməkdaşlığa ehtiyac vardır. Ermənistana bu baxımdan da irad tutulmaması, belə bir dəhşətli vəziyyətə biganəlik təəssüf doğurur. Bu təəssüf sülhün bərqərar olmasına yönəldilmiş maneə kimi anlaşılmalıdır.
Bir fakt diqqəti çəkir. Tapılan və zərərsizləşdirilən minalar Vətən müahribəsi ərəfəsində basdırılan minalardır, yəni düşmən geri çəkildikcə əraziləri minalayıb. Həm də Zəfər günündən sonra, Ağdamın, Kəlbəcərin, Laçının azad edilməsi üçün verilən müddətdə...
İştirakçı dövlətlər də, konfransla maraqlananlar da reallıqları bir daha eşitdilər. İndi həyəcən səslənməyən qınaqların bundan sonra səslənəcəyinə inanmaq istərdik...
Bu konfrans sülh yaratma, sülhü möhkmlətmə kimi dünyəvi, bəşəri missiyaların konfransı kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı iştirakçılara bir gerçəkliyi də yaşatdı: dünyada sülh istəyinin Azərbycan modeli, nümunəsi var...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı