Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçin XİN rəhbəri Tobias Billström ilə görüşüb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı “X” platformasında paylaşım edib.
“Biz Azərbaycan-İsveç ikitərəfli əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Mən son regional vəziyyət və Azərbaycanın sülh və sabitliyə baxışı barədə həmkarımı məlumatlandırdım”, - nazir deyib.
Qeyd edək ki, görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurasının) iclası çərçivəsində baş tutub.