"Qarabağ ərazisində yaradılmış qondarma qurumun rəhbəri və onun ətrafında olan bir ovuc eyni qəbildən olan insanların Azərbaycandan Ermənistana köç etməsindən sonra yaddaqalan birinci və yeganə addımı Ermənistan hakimiyyətindən ilin sonuna kimi öz maaşlarını tələb etməsi olub".
Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
O, qondarma qurumun sonuncu rəhbəri Samvel Şahramanyanı İlf və Petrovun “12 stul” romanının baş qəhrəmanı Ostap Benderə bənzədib.