COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son həftədə koronavirus (COVID-19) əleyhinə 83 nəfərə vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, bir həftədə birinci mərhələ üzrə 26, ikinci mərhələ üzrə 20, üç və daha çox doza üzrə 32, pozitiv nəticədən sonra buster doza üzrə beş nəfər vaksinasiya olunub.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 691, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 123, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 271, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 925, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 372 təşkil edir.