COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 894 080, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 120 575, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617 228, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 156 277 təşkil edir.