Daha bir ölkədə bomba həyəcanı

Belçikanın Namyur şəhərinin vağzalında bomba həyəcanı yaşanıb.
 
Sabahinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Namyurda vağzala bomba yerləşdirildiyi ilə bağlı edilən zəng böyük həyəcana səbəb olub.
 
Vağzalın mühafizəsi ərazidəki əhalini evakusasiya edib. Hazırda vağzalda polis araşdırma tədbirlərini davam etdirir.