2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 90 saylı Ağsu seçki dairəsindən namizədiyi irəli sürülmüş Əli Hüseynovun YAP Ağsu rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.
YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev qeyd edib ki, Yeni Azərbaycan Partiyası daim ölkəmizin yüksəlişinə və inkişafına öz töhfəsini verib.
Deputatlığa namizəd Əli Hüseynov seçicilərə YAP-ın seçki platforması haqında ətraflı məlumat verərək bildirib ki, qarşıdakı parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq. Qeyd edib ki, budəfəki parlament seçkilərinin ölkəmizin bütün ərazisində keçirilməsi qürur və iftixar mənbəyidir. “Şübhə yoxdur ki, xalqımız daha qüdrətli yeni Azərbaycan naminə YAP-a bir daha etimad göstərəcəkdir”, - deyə vurğulanıb.
Görüşdə təşviqat qrupunun üzvləri Vaqif Nəzərov, Elnur Fərzəlizadə və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər də öz növbəsində Yeni Azərbayan Partiyasını dəstəklədiklərini və partiyanın namizədinə səs verəcəklərini bildiriblər.