“Dayaq” Sosial Maarifləndirmə İB-i Yasamal rayonunda tədbir keçirib

Aprel ayının 15-i “Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əhalinin sosial problemlərinin həlli istiqamətində, sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ictimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirib. Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran Əliməmmədova, layihənin hüquqşünası Aysel Əliməmmədova, Heydər Əliyev Mərkəzinin əməkdaşları, vətəndaşlar və gənclər iştirak edib. İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, layihə haqqında məlumat verib. Sözügedən layihə çərçivəsində Bakı şəhərinin Yasamal və Səbail rayonları eləcə də Ağsu və İsmayıllı rayonunda vətəndaşların sosial problemlərinin öyrənilməsi istiqamətində tədbirlər həyata keçiriləcəyini və qeyd edilən ərazilərdə vətəndaşların sosial-iqtisadi problemlərinin öyrənilməsi istiqamətində sorğuların keçirildiyini qeyd edib. Tədbir gedişatında vətəndaşlarının, ən əsası gənclərin sosial sahədə mövcud problemlərindən və bu istiqamətdə həll yollarından söhbət açılıb.

Tədbir müddətində sorğu keçirilib, iştirakçıların sosial sahədə problemləri qeydə alınıb.

Qeyd edək ki, layihənin məqsədi vətəndaşların sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir.