Şərqi Aralıq dənizində Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının planlı “Dəniz qurdu-1” hərbi təlimi keçirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi görüntülər dərc edib.
Tədbirdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz komandoları da iştirak ediblər.
Məlumata görə, sualtı qayıqlar və hücum katerləri öz vəzifələrini yerinə yetiriblər, helikopterlər və freqatlar təyin olunmuş şərti hədəfləri dəqiqliklə vurublar.
Qeyd edək ki, yanvarın 7-də başlayan təlimlər bu gün başa çatıb. Tədbir ümumilikdə 24 ölkədən 28 hərbi attaşenin və milli mətbuatın geniş iştirakı ilə keçirilib. Təlimlərə 17 min şəxsi heyətlə yanaşı, 110 suüstü gəmi, 7 sualtı qayıq, 27 təyyarə, 22 helikopter və 22 pilotsuz uçuş aparatı qatılıb.