Nigar Məmmədova seçicilərini dinlədi

Bu gün Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirtdik. 

Görüşdə vətəndaşlar tərəfindən məşğulluq, sosial məsələlər, həmçinin mənzil-məişət vəziyyəti ilə bağlı müraciətlər səsləndirildi. 

Araşdırılması tələb olunan məsələlər baxılması üçün qeydə alındı. Həmin müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi istiqamətində müvafiq addımlar atılacaq. 

Vətəndaşlarla növbəti görüşümüz cari ilin 19 oktyabr tarixində YAP Abşeron rayon təşkilatında keçiriləcək.

Nigar Məmmədova

Milli Məclisin deputatı