Xızı rayonunun Baxışlı kəndində növbəti vətəndaş qəbulu keçirdik. Qəbul zamanı vətəndaşların müraciətlərini, fikir və təkliflərini dinlədik və həll edilməsi üçün müvafiq qeydlər apardıq.
Daha sonra Baxışlı kənd tam orta məktəbində təhsil alan məktəblilərlə görüşdük, onların təhsil sahəsində əldə etdikləri uğurlarla tanış olduq və gələcək fəaliyyətlərində onlara uğurlar arzuladıq.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı