Milli Məclisin deputatı Samir Vəliyev Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib.
Sabahinfo.az xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Qeyd edək ki, deputatın növbəti vətəndaş qəbulu 04 iyun tarixində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasında keçiriləcəkdir.



