Deputat şəhid və qazi ailələri ilə birgə 

Ramazan ayınının sonuncu günlərində Milli Məclisin deputatı Heydər Əsədov tərəfindən şəhid ailə üzvləri, qazilər, müharibə veteranları və digər şəxslər üçün iftar süfrəsi təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Ramazan ayının dəyərlərindən söhbət açılıb, Qurani-Kərimdən ayələr oxunub və şəhidlərimizin əziz xatirələri yad edilib.

Çıxış edənlər Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmasından söhbət açıb.

Azərbaycanda, o cümlədən Şirvan rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdə olan ənənəvi tolerantlığı nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Ölkəmizdə sabitliyin, inkişafın, birliyin Ulu Öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.