Deputat: Ümumilli liderin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır

Əziz dostlar,

12-dekabr dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Ulu öndər öz həyatını doğma xalqına həsr etmiş, xalqın dəstəyini hiss edərək siyasi hakimiyyərdə olduğu bütün dövrlərdə xalqına ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Adı dünya siyasi liderləri arasında ehtiramla anılan Heydər Əliyevin siyasəti, onun qurduğu müstəqil Azərbaycan bu gün də yaşayır və həmişə yaşayacaqdır. Ümumilli liderin siyasi kursunu uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi ölkəmizin hər tərəfli inkişafını təmin edib. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın tərəqqisinə, qüdrətli dövlətə çevrilməsinə, xalqın daha da firavan həyata qovuşmasına xidmət edir və edəcəkdir.

Ulu öndərin əziz xatirəsini dərin hörmət və sayğı ilə anırıq.Ümumilli liderin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır və daim YAŞAYACAQ!

Milli Məclisin Deputatı İntizam Yusifov.