Deputatın təşəbbüsü ilə Hacıqabul gölünə baxış keçirilib

Zamanında Azərbaycanın ən böyük təbii göllərindən biri olan Hacıqabul gölü həm də biomüxtəliflik, zəngin flora və faunaya malık olması ilə ölkəmizin ekosistemi üçün əvəzsiz bir ərazi hesab edilirdi. Göl müxtəlif səbəblərdən artıq üzun illərdir quruyub, demək olar ki, yoxdur. Gölün bu vəziyyəti Şirvan şəhərinin, o cümlədən ümumilikdə ölkəmizin ekoloji vəziyyətinə təsiri danılmazdır.

Hacıqabul gölunun ekoloji vəziyyəti ilə bağlı məsələ bir neçə dəfə Milli Məclisin Plenar iclaslarında mənim tərəfimdən səsləndirilib, o cümlədən Milli Məclisin Təbii ehtiyatlar, Energetika və Ekologiya komitəsinin iş planlarına daxil edilib, müzakirə olunub və müəyyən araşdırmalar aparılıb.

Bu gün Hacıqabul gölü ilə bağlı problemə yerində aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov, nazirliyin müvafiq əməkdaşları və mütəxəssisləri ilə Şirvanda görüşümüz oldu. Gölün bu vəziyyətə düşməsinin səbəblərini müzakirə etdik, onun gələcək bərpasınln mümkünlüyü ilə bağlı variantlara yerində baxış keçirdik, bu sahədə atılacaq növbəti addımları müəyyənləşdirdik. İndiki şəraitdə bu məsələ tam fərqli-elmi, iqtisadi və s. yanaşma tələb edir. Qlobal iqlim dəyişikliyi, dünyada, o cümlədən ölkəmizdə su resurslarının məhdudluğu fonunda bu çətin məsələnin həlli yolunda araşdırmalara böyük ümidlə davam dedik.

İltizam Yusifov 
Milli Məclisin deputatı